AZ

ABŞ İrana görə İraqa sanksiyalar tətbiq etdi

ABŞ İraqdakı fərdlərə və təşkilatlara qarşı sanksiyalar tətbiq edib. Vaşinqton iddia edir ki, bu şəxslər ölkənin neft ehtiyatlarından İranın proksi qruplarını maliyyələşdirmək və İrana qarşı sanksiyalardan yayınmaq üçün istifadə ediblər.

Editor.az xəbər verir ki, Dövlət Departamentinin açıqlamasına görə, sanksiyalar İraq neft nazirinin müavini Əli Maaric əl-Bahadlini də hədəfə alıb. O, guya rəsmi vəzifəsindən istifadə edərək İraq neftini İranın maraqlarına yönəldib. Vaşinqton hesab edir ki, İran və İraq nefti qarışdırılıb və sonra ABŞ sanksiyalarına zidd olaraq satılıb.

İranla əlaqəli Kataib Seyyid Əş-Şuhada və Asaib Əhli Əl-Haq qruplarının nümayəndələri, eləcə də bu qrupların fəaliyyətini neft sektoru vasitəsilə dəstəkləyən şirkətlər də sanksiyaya məruz qalıb. Dövlət Departamenti qeyd edib ki, bu cür sxemlər İraqın suverenliyini sarsıdır, onu gəlirdən məhrum edir və ABŞ-a və onun Yaxın Şərqdəki müttəfiqlərinə hücumları maliyyələşdirmək üçün istifadə olunur.

//Samir Qurbanov, Editor.az

Seçilən
13
editor.az

1Mənbələr