AZ

​“Qalatasaray” sabah çempionluğunu elan edə bilər

Türkiyə Super Liqasında lider olan İstanbulun “Qalatasaray” klubu sabah keçiriləcək oyunda çempionluğunu rəsmiləşdirmək şansı qazanıb. Sarı-qırmızılılar 33-cü tur çərçivəsində sabah doğma meydanda “Antalyaspor” ilə qarşılaşacaq. Metbuat.az xəbər verir ki, hazırda 74 xalla turnir cədvəlinə başçılıq edən “Qalatasaray” ən yaxın izləyicisi “Fənərbaxça”nı 5 xal qabaqlayır. “Aslanlar” “Antalyaspor” üzərində qələbə qazanacağı halda, mövsümün bitməsinə bir tur qalmış ardıcıl 4-cü, ümumilikdə isə 26-cı çempionluğunu təmin edəcək. Komanda üçün vacib görüş öncəsi müəyyən itkilər də var. Qapıçı Günay Güvənç cəzalı durumdadır. Müdafiəçilər Eren Elmalı və Roland Sallai isə sarı vərəqə limitindədir.

“Antalyaspor” isə tam fərqli məqsəd uğrunda mübarizə aparır. Hazırda 29 xalla 15-ci pillədə qərarlaşan komanda elitada qalmaq üçün İstanbuldan ən azı bir xalla ayrılmağa çalışacaq.

Seçilən
42
metbuat.az

1Mənbələr