Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Azərbaycan Mərkəzi Bankının sədri Talik Kazımov ötən gün keçirdiyi mətbuat toplantısında bildirib ki, 2026-cı ilin sonuna illik bahalaşmanın 5,9 faiz olacağı gözlənilir.
Gununsesi.info bildirir ki, bu göstərici fevral ayındakı gözləntilərlə müqayisədə 0,4 faiz bəndi yuxarı yenilənib. 2027-ci ildə isə illik bahalaşmanın 4,5 faiz olacağı proqnozlaşdırılır ki, bu da əvvəlki gözləntilə müqayisədə 0,5 faiz bəndi artım deməkdir.
İqtisadçılar qeyd edirlər ki, Azərbaycan bütün məhsullar üzrə özünü tam təmin etmir və bir çox malları xaricdən alır. Xaricdən gətirilən məhsulların qiymətlərində artım müşahidə olunur. Bu vəziyyət dünya bazarlarında enerji daşıyıcılarının bahalaşması ilə bağlıdır. Enerji qiymətlərinin yüksəlməsi istehsal olunan məhsulların maya dəyərinə də təsir göstərir.
Mütəxəssislərin fikrincə, bölgədəki gərginlik təkcə Hörmüz boğazından daşınan məhsulların deyil, həm də İrana məxsus malların qiymətinə təsir edir. İqtisadçılar bildirirlər ki, Azərbaycan il ərzində İrandan təxminən 1 milyard manat dəyərində məhsul alırdı.
Həmin məhsullar xüsusilə aşağı və orta gəlirli ailələr üçün qiymət baxımından daha əlçatan hesab olunurdu. Bu da bazarda qiymət sabitliyinin qorunmasına və bahalaşma təzyiqlərinin zəifləməsinə müəyyən təsir göstərirdi. Hazırda isə bu ticarət əlaqələrinin əvvəlki qaydada davam etdirilməsində çətinliklər yaranıb.
Afət
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.