AZ

Rusiya Trampın atəşkəs təşəbbüsünü dəstəkləyib

Yazını böyüt
Yazını kiçilt

Rusiya ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə 9–11 may tarixlərində atəşkəs elan olunması və bu müddətdə hər iki tərəfdən 1000 əsirin qaytarılması ilə bağlı təşəbbüsünü qəbul edib.

Hafta.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, razılaşma Rusiya tərəfi ilə ABŞ Prezidentinin administrasiyası arasında aparılan telefon danışıqları zamanı əldə olunub. Amerika nümayəndələri isə Kiyevlə əlaqə saxlayıblar.

Yuri Uşakov qeyd edib ki, təşəbbüs Rusiya Prezidenti Vladimir Putin ilə Donald Tramp arasında bu yaxınlarda baş tutmuş telefon danışığının davamıdır. Həmin danışıq zamanı İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə atəşkəs imkanları müzakirə olunub.

Seçilən
16
2
hafta.az

5Mənbələr