Rusiya Prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə həmişə müzakirə olunacaq mövzularının olduğunu bildirib.
Qaziler.az bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya lideri qeyd edib ki, söhbət həm cari iqtisadi məsələlər, həm də sosial əhəmiyyətli mövzulardan gedir.
"Həm cari iqtisadi, həm də sosial məsələlərdə həmişə danışacaq bir şeyimiz var", - Putin bəyan edib.
İki dövlət başçısı arasında danışıqlar 8 mayda Kremldə baş tutub.
QAZİLER.AZ