Meksika sakini həyat yoldaşı ilə vida mərasimi zamanı ölüb.
Ölkə.az Lent.az-a istinadla bildirir ki, qadın tabuta yaxınlaşıb ərinin cəsədini gördükdən sonra halı pisləşib.
Bildirilir ki, kişi dəfn xidmətləri sahəsində çalışıb və dəfn maşınının iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsində həlak olub. Qəzanın detalları hələlik açıqlanmır.
Kişinin həlak olmasından sonra onun cəsədi vida mərasiminə gətirilib. Dəfn zamanı həyat yoldaşı tabuta yaxınlaşıb və qısa müddət sonra huşunu itirib. Ətrafda olan insanlar ona kömək etməyə çalışıblar.
Qadını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, ölümün səbəbi ürək tutması ola bilər.