AZ

Xırdalandan keçib evə çatmaq mümkün deyil QHT sədri

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Bakıda şəhərsalmada olan ən böyük problem yolların salınması ilə bağlıdır".

Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bunu "Davamlı İnkişaf Cəmiyyəti" İctimai Birliyinin sədri Fikrət Cəfərov Dövlət Ekoloji Ekspertiza Agentliyində (DEEA) ictimai dinləmələr zamanı deyib.

O bildirib ki, şəhərlərin mərkəzləri, demək olar ki, amfiteatrı xatırladır:

"Hara getsən, mütləq mərkəzdən keçməlisən. Məsələn, Xırdalanda iki böyük yaşayış massivi tikilib. Müxtəlif saatlarda Xırdalandan keçib evə çatmaq mümkün deyil. Azı 2 saat vaxt yolda itirilir. Qobu Parka gedərkən əvvəllər beton yoldan keçmək olurdusa, indi o yoldan da keçmək olmur. Sumqayıtda da eyni problemdir. Ən böyük şəhərsalma problemi yollardır. Çünki insanların rahat işə, evə, mənzil başına çatmasına imkan vermir. Bir problemi həll edəndə, digər yer üçün problem yaradılır".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
avtosfer.az

1Mənbələr