AZ

Əfqanıstanda avtobus qəzası: 2 nəfər ölüb, 51 nəfər yaralanıb

Yeniazerbaycan portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Əfqanıstanın qərbində yerləşən Herat əyalətində sərnişin avtobusunun aşması nəticəsində azı 2 nəfər həlak olub, 51 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə yerli “Ariana News” telekanalı məlumat yayıb. İlkin məlumata əsasən, sürücü ehtiyatsızlıq səbəbindən nəqliyyat vasitəsinə nəzarəti itirib. Nəticədə avtobus yoldan çıxaraq aşıb.

Yaralıların yaxınlıqdakı tibb müəssisələrinə çatdırıldığı, onların bir qisminin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
3
yeniazerbaycan.com

4Mənbələr