AZ

DÇ 2026 ya bilet almayacam, bahadır Tramp

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp qarşıdan gələn futbol üzrə dünya çempionatının oyunlarına biletlərin baha olması səbəbindən onları almayacağını etiraf edib.

Axar.az Trend-ə istinadən xəbər verir ki, amerikalı lider ABŞ və Paraqvay milli komandaları arasında keçirilməli olan matçın bilet qiymətlərinin 1000 dollara yaxın olduğuna diqqət çəkib.

“Bu məbləğdən xəbərim yox idi. Əlbəttə, orada olmaq istərdim, amma düzünü desəm, mən də olsaydım, onlara pul verməzdim”, - deyə Ağ Evin sahibi bildirib.

2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Oyunlar eyni vaxtda üç ölkənin- ABŞ, Kanada və Meksikanın stadionlarında baş tutacaq. Oyunlara biletlərin qiyməti 100 dollardan - 6370 dollara qədər dəyişir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
53
axar.az

1Mənbələr