AZ

Bir gənənin gətirdiyi insan ölümü

Kastamonuda bədəninə gənə yapışan 29 yaşlı qadın İstanbulda həyatını itirib.

Musavat.com xəbər verir ki, Türkiyə mediasının yaydığı məlumata görə, Kastamonunun Daday rayonunda olan Büşra Sevim bir müddət sonra səhhətində ciddi problemlər hiss edib.

İstanbula qayıtdıqdan sonra yüksək hərarət, ürəkbulanma və qusma şikayətləri ilə xəstəxanaya müraciət edən gənc qadına Krım-Konqo Hemorragik Qızdırması (KKKA) diaqnozu qoyulub.

Reanimasiya şöbəsində aparılan bütün müdaxilələrə baxmayaraq, 29 yaşlı Büşra Sevim həyatını itirib.

 

Musavat.com

Seçilən
47
musavat.com

1Mənbələr