AZ

Döyüşdən əvvəl Ağ Evdə üz-üzə gəldilər

UFC-nin yüngül çəkidə (70 kq-a qədər) çempionu, gürcüstanlı İliya Topuriya və onun rəqibi, amerikalı Castin Getci qarşıdakı döyüş öncəsi ilk dəfə üz-üzə gəliblər.

Publika.az xəbər verir ki onların qarşılaşması iyunun 14-də ABŞ-da, Ağ Evdə keçiriləcək turnirdə baş tutacaq.

İliya Topuriyanın 29 yaşı var. Gürcü döyüşçü 2020-ci ildən UFC-də çıxış edir. O, 2024-cü ildə yarımyüngül çəkidə (65 kq-a qədər), 2025-ci ildə isə yüngül çəkidə (70 kq-a qədər) çempion titulunu qazanıb. Topuriyanın UFC-dəki göstəricisi 9 qələbə və 0 məğlubiyyətdən ibarətdir.

Seçilən
18
10
publika.az

10Mənbələr