AZ

Aliment borcu olanların pasportu ləğv ediləcək

ABŞ-də aliment borcu ilə bağlı yeni sərt tədbirlərin tətbiqinə başlanılır.

Musavat.com xəbər verir ki, AP agentliyinin yaydığı məlumata görə, aliment borcu 100 min dollardan çox olan şəxslərin pasportlarının ləğvi nəzərdə tutulur.

Bildirilir ki, ilkin mərhələdə bu tədbir 2,7 min ABŞ vətəndaşına şamil olunacaq.

Məlumata əsasən, indiyədək ABŞ-də aliment borcu 2,5 min dolları keçən şəxslərin pasportları yalnız yenilənmə zamanı ləğv edilirdi. Hakimiyyət orqanları isə bu mexanizmi effektiv hesab etməyib.

Yeni qaydalara görə, ABŞ Səhiyyə və İnsan Xidmətləri Nazirliyi dövlət qurumlarından məlumat toplayaraq, aliment borcu olan və aktiv pasporta sahib şəxslərin dəqiq sayını müəyyənləşdirəcək.

 

Musavat.com

Seçilən
31
musavat.com

1Mənbələr