“Əl-Nəsr”in ulduzu Kriştiano Ronaldonun nişanlısı Corcina Rodriges məşhur “Met Gala” moda tədbirinə diqqətçəkən bir obrazda qatılıb.
Sportinfo.az xəbər verir ki, o, gəlinlik paltarı geyinib.
Bu, həm mərasimdə, həm də sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
Kriştiano Ronaldo ilə Corcinanın toy mərasimi 2026-cı ilin yayında, dünya çempionatından sonra, Ronaldonun doğulduğu Madeyra adasında keçiriləcək.
Məlumata görə, toy mərasimi Funşalın kafedral kilsəsində baş tutacaq, ziyafət isə lüks otellərdən birində təşkil olunacaq.
Ronaldo və Rodriges 2016-cı ildən münasibətdədirlər.