AZ

Vyetnamda Dünya Seriyasının ilk mərhələsinə qatılacaqlar

Azərbaycanın çimərlik güləşçiləri mayın 9-10-da Vyetnamın Dananq şəhərində böyüklər arasında Dünya Seriyasının ilk mərhələsində iştirak edəcəklər.

Sportinfo.az xəbər verir ki, kişilərin yarışında 4 çəki üzrə 14 ölkədən 40 idmançnın iştirakı nəzərdə tutulur.

Baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Dünya Seriyasında Azərbaycanı Rübail İbrahimli (70 kq), Vüsal Əliyev, Sahib Dadaşov (hər ikisi 80 kq) və Əşrəf Aşırov (90 kq) təmsil edəcəklər.

Sabah qrup mərhələsinin ilk 2 turu baş tutacaq. Növbəti gün isə sonuncu tur, yarımfinal və medal görüşləri keçiriləcək.

Seçilən
47
sportinfo.az

1Mənbələr