AZ

Rusiya ilə Ukrayna arasında üçgünlük atəşkəs... –ABŞ PREZİDENTİNDƏN İLGİNC AÇIQLAMA

Rusiya ilə Ukrayna arasında 9, 10 və 11 may tarixlərini əhatə edən üçgünlük atəşkəs elan olunub.

 

Senzor.az bildirir ki, bu barədə bir az əvvəl ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşım edib.

 

Tramp qeyd edib ki, atəşkəsin elan olunması Qələbə Günü ilə əlaqədardır.

 

“Bu təşəbbüsü birbaşa mən irəli sürdüm və Prezident Vladimir Putin ilə Prezident Volodimir Zelenski tərəfindən razılaşdırıldığı üçün minnətdaram. Ümid edirəm ki, bu, uzun, ağır və ölümcül müharibənin sona çatmasının başlanğıcı olacaq. İkinci Dünya müharibəsindən sonra ən böyük münaqişələrdən biri sayılan bu savaşın başa çatdırılması ilə bağlı danışıqlar davam edir və biz hər gün bu məqsədə daha da yaxınlaşırıq”, – deyə Tramp əlavə edib. 

ABŞ Prezidenti vurğulayıb ki, atəşkəs rejimi 9–11 may tarixlərində qüvvədə olacaq və bütün zərbələrin dayandırılmasını, həmçinin hər iki tərəfdən 1000 nəfərlik əsir mübadiləsini nəzərdə tutur.

 

V.Putinin köməkçisi Yuri Uşakov isə KİV-ə bildirib ki, təşəbbüs Rusiya və ABŞ liderləri arasında bu yaxınlarda baş tutmuş telefon danışığının davamıdır. Belə ki, İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə atəşkəs imkanları məhz həmin danışıq zamanı müzakirə olunmuşdu.

 

Y.Uşakov onu da vurğulayıb ki, razılaşma Rusiya tərəfi ilə ABŞ Prezidentinin administrasiyası arasında aparılan telefon danışıqları zamanı əldə olunub, Amerika nümayəndələri isə Kiyevlə əlaqə saxlayıblar...

Seçilən
47
7
senzor.az

8Mənbələr