AZ

Lukaşenko: Putin məni görmək istəməsəydi də Moskvaya gələrdim

BAKI, 9 may. TELEQRAF

Belarus Prezidenti Aleksandr Lukaşenko Qələbə Günü münasibətilə Moskvaya, Rusiya Prezidenti Vladimir Putin onu görmək istəməsə belə gələcəyini bildirib.

Teleqraf xəbər verir ki, Lukaşenko bu barədə Kremldə Putinlə görüşü zamanı zarafatla danışıb.

Məlumata görə, Putin görüşün əvvəlində belaruslu həmkarını görməyə şad olduğunu bildirib.

Buna cavab olaraq Lukaşenko “Hər halda bu xoş və işıqlı bayram naminə gələcəkdim” deyib.

“Hətta məni görməyə şad olmasaydınız belə, yenə də gələrdim”, - Belarus lideri qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Vladimir Putin Aleksandr Lukaşenko ilə hər zaman müzakirə edəcək mövzularının olduğunu söyləmişdi.

Seçilən
43
teleqraf.com

1Mənbələr