AZ

ABŞ həmin ölkədən zənginləşdirilmiş uranı çıxardı

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Venesuela ərazisində yerləşən keçmiş tədqiqat reaktorundan zənginləşdirilmiş uran materialı çıxarılaraq ABŞ-yə daşınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, paytaxt Karakasda yerləşən “RV-1” tədqiqat reaktorunda qalan təxminən 13,5 kiloqram yüksək zənginləşdirilmiş uran beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən əməliyyatla ölkədən çıxarılıb.

Qeyd olunub ki, 20 faizlik zənginləşdirmə həddini aşan bu material reaktorun tədqiqat fəaliyyətlərinin 1991-ci ildə dayandırılmasından sonra istifadəsiz vəziyyətdə qalıb.

Məlumata görə, uran materialı əvvəlcə Venesuelada limana daşınıb, daha sonra xüsusi nəqliyyat gəmisi ilə ABŞ-yə göndərilib. Materialın təhlükəsiz emalı və təkrar istifadəsi üçün Savannah Çay Sahəsi obyektinə aparıldığı bildirilib.

ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) rəhbəri Brandon Vilyams deyib ki, əməliyyat nüvə təhlükəsizliyi baxımından mühüm addımdır və yüksək zənginləşdirilmiş uranın tamamilə çıxarılması beynəlxalq təhlükəsizlik standartlarına uyğun həyata keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
53
4
qafqazinfo.az

5Mənbələr