Hörmüz boğazının blokadasının başlanğıcından bəri ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 57 ticarət gəmisinin hərəkətinin qarşısını alıb.
Musavat.com xəbər verir ki, məlumatı ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) X hesabında açıqlayıb: "Bu günə qədər CENTCOM qüvvələri 57 ticarət gəmisini yönləndirib və İran limanlarına daxil olmasının və ya çıxmasının qarşısını almaq üçün onlardan dördünü sıradan çıxarıb".
Daha əvvəl CENTCOM həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin "70-dən çox tankerin İran limanlarına daxil olmasının və ya çıxmasının qarşısını aldığını" bildirmişdi: "Bu ticarət gəmiləri ümumi dəyəri 13 milyard dollardan çox olan 166 milyon bareldən çox İran nefti daşıya bilər".
Komandanlıq ABŞ qüvvələrinin beynəlxalq sularda patrul xidmətini və İrana qarşı mövcud dəniz blokadasını davaç etdirdiyini vurğulayıb.
Musavat.com