ABŞ fond bazarlarında əsas indekslər artımla bağlanıb.
“APA-Economics” xəbər verir ki, S&P 500 0,84% və ya 61,82 bənd artaraq 7 398,93 bəndə, texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi NASDAQ Composite isə 1,71% və ya 440,88 bənd artaraq 26 247,08 bəndə çatıb.
Avropa fond bazarlarında isə eniş qeydə alınıb. Euro Stoxx 50 1,02% azalaraq 5 911,53 bəndə, FTSE 100 0,43% enərək 10 233,07 bəndə, Almaniyanın DAX 1,32% azalaraq 24 338,63 bəndə, Fransanın CAC 40 isə 1,09% geriləyərək 8 112,57 bəndə düşüb.
Asiya bazarlarında qarışıq dinamika müşahidə olunub. Yaponiyanın Nikkei 225 0,19% azalaraq 62 713,65 bəndə, Honq-Konqun Hang Seng Index 0,87% enərək 26 393,71 bəndə, Çinin CSI 300 0,58% azalaraq 4 871,91 bəndə düşüb. Avstraliyanın S&P/ASX 200 isə 1,51% geriləyərək 8 744,35 bənd olub.
Analitiklərə görə, bazar iştirakçıları ABŞ və Çin arasında ticarət danışıqları ilə bağlı nikbinliyi qiymətləndirsələr də, Yaxın Şərqdə, xüsusilə ABŞ-İran münasibətlərində artan gərginlik və enerji qiymətlərindəki dəyişkənlik investorların risk iştahını məhdudlaşdırıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta