AZ

Avropa İttifaqı Polşanın hərbi gücünün artırılmasına 44 milyard avro ayırdı

Polşa hərbi modernləşdirmə üçün Avropa İttifaqından təxminən 44 milyard avro alacaq.

Musavat.com xəbər verir ki, məlumatı "Le Monde" qəzeti yayıb. Bildirilir ki, Polşa Rusiya təhdidi və ABŞ-ın dəstəyinin azalması ehtimalı qarşısında Avropa müdafiəsini gücləndirmək üçün yaradılan SAFE proqramı çərçivəsində kredit müqaviləsi imzalayan ilk Aİ üzvü olub.

Varşava hərbi modernləşdirmə, müdafiə sənayesinin inkişafı, silah və kritik infrastrukturun alınması üçün 43,7 milyard avro alacaq.

Polşa Baş naziri Tusk bunu Polşa və bütün Avropa İttifaqı üçün "dönüş nöqtəsi" adlandırıb. Onun sözlərinə görə, Avropa nəhayət tarixdən dərs çıxarmağa və öz təhlükəsizliyi üçün daha böyük məsuliyyət daşımağa başlayır.

Qeyd edək ki, Polşa artıq iqtisadiyyatına nisbətən müdafiəyə digər NATO ölkələrindən daha çox pul xərcləyir - ÜDM-in təxminən 4,8 faizi.

Musavat.com

 

Seçilən
22
10
musavat.com

10Mənbələr