AZ

Səfir sovet əsgərlərinin abidələrinin sökülməsini təhqir saydı

Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiyanın Vyanadakı səfiri Andrey Qrozov bildirib ki, azadlıq gətirən əsgərlərə həsr olunmuş abidələrin təhqir olunması və sökülməsi hallarını Rusiya tərəfi qəbuledilməz və "müqəddəsliyə təhqir” kimi qiymətləndirir.

Sherg.az xəbər verir ki, Qələbə Günü ərəfəsində bir sıra ölkələrdə sovet əsgərlərinə həsr olunmuş abidələrin “kontekstləşdirilməsi” çağırışları səslənmiş, həmçinin İkinci Dünya müharibəsinin rolu və nəticələri ilə bağlı müzakirələr aparılmışdı.

“Azadlıq gətirən əsgərlərin abidələrinin təhqir olunması və sökülməsi halları xüsusi qəzəb doğurur. Biz bunu həlak olanların xatirəsinə qarşı qəbuledilməz təhqir və hörmətsizlik kimi qiymətləndiririk”, - deyə səfir bu tendensiyaları şərh edərkən bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
sherg.az

1Mənbələr