AZ

Kaşkilya yenə “Zirə”dən xal aldı, Sadıqov üçün prioritet kubokdur

ain.az bildirir, futbolpress-az portalına istinadən.

Dördüncü pillə uğrunda mübarizə aparan “Zirə” xal itkisi yaşayıb. Rəşad Sadıqovun yetirmələri XXXI turda səfərdə “İmişli” ilə qolsuz heç-heçə edib – 0:0.

“Qartallar” 50 xalla beşinci sıradadır və “Neftçi” ilə xallarını bərabərləşdirib. “Ağ-qaralar” sabah “Şamaxı”ya qalib gələcəyi halda, xal fərqini üçə yüksəldəcək. Bu, sona iki tur qalmış bakılılar üçün böyük üstünlük yaradacaq.

“Zirə”nin əsas hədəfi kuboku qazanmaqdır. “Qartallar” həm titul, həm də Avropa Liqasına vəsiqə əldə etmək arzusundadır. Finalda rəqib “Sabah”dır və bir oyunluq matç olacaq. Rəşad Sadıqov “Zirə” ilə buna qədər iki dəfə finala vəsiqə qazanıb və məğlub olub. Təcrübə baxımından “bayquşlar”ı üstələyən “qartallar” bütün diqqətini dörd gün sonra baş tutacaq həlledici matça verib.

“İmişli” isə bu mövsüm “Zirə”yə məğlub olmayıb. Liqadakı yerini təmin edən Jorj Kaşkilyanın yetirmələri debütant olmasına baxmayaraq, özündən güclü kollektivlərdən xal və xallar almağı bacarıb. Burda portuqaliyalı mütəxəssisin əməyi də danılmazdır.

Lakin kuluarlarda dolaşan xəbərlərə görə, Kaşkilya yayda göndəriləcək. İlk ilində “Kəpəz”, “Qəbələ” kimi Premyer Liqa təcrübəsi böyük olan komandaları üstələmək asan iş deyil və mütəxəssis daha yaxşı heyətlə nələr bacara biləcəyini göstərmək üçün şans qazanmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
futbolpress.az

1Mənbələr