
Ukrayna Prezidenti Volodimir Zelenski mayın 8-də “Moskva şəhərində parad keçirilməsi haqqında” fərman imzalayıb.
Yeniavaz.com xəbər verir ki, fərmanda onun, Rusiya Federasiyasının paytaxtında parad keçirilməsinə icazə verdiyi bildirilir.
“8 may 2026-cı il tarixində Amerika tərəfi ilə danışıqlar zamanı humanitar məqsədlər üçün bildirilən çoxsaylı xahişləri nəzərə alaraq qərara alıram:
1. “2026-cı il mayın 9-da Moskvada (Rusiya Federasiyası) paradın keçirilməsinə icazə verilsin”, - sənəddə qeyd olunub.
Fərmanda deyilir ki, 9 may Kiyev vaxtı ilə saat 10:00-dan etibarən Qırmızı Meydan Ukrayna silahlarının istifadəsi planından çıxarılacaq. Sənəddə, həmçinin Qırmızı Meydanın dəqiq koordinatlarının siyahısı da qeyd olunub.
Sənəd Ukrayna Prezidentinin rəsmi saytında dərc edilib.