AZ

Qobustanda stansiya ərazisində güclü yanğın 

Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən elektrik stansiyası ərazisində güclü yanğın baş verib.

Ölkə.az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə nəticəsində stansiya ərazisində yerləşən transformator alovlara bürünüb.

Hadisə yerinə dərhal çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunublar.

Fövqəladə Hallar Nazirliyindən məsələ ilə bağlı bildirilib ki, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Seçilən
18
12
olke.az

10Mənbələr