AZ

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib - Yenilənib

Mayın 9-da Azərbaycandan Ermənistana 8 vaqon (479 ton) dizel yanacağı yola salınıb.Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.

Həmçinin Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

6 vaqondan ibarət, çəkisi 402 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

***

Bu gün Azərbaycandan Ermənistana 8 vaqon (479 ton) dizel yanacağı göndəriləcək.Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.

İndiyədək Azərbaycandan Ermənistana 8 500 tondan çox dizel, 979 ton "Aİ-92" benzini və 2 955 ton "Aİ-95" benzini ixrac olunub.

Həmçinin Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

6 vaqondan ibarət, çəkisi 402 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

Seçilən
0
49
anews.az

10Mənbələr