AZ

“Neftçi” iki futbolçusu ilə müqavilə uzadır -Razılıq əldə olunub

“Neftçi” növbəti mövsüm üçün heyət  planlamasını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, rəhbərlik iki futbolçu ilə müqavilə uzatmağa hazırlaşır. Söhbət Emin Mahmudov və qapıçı Emil Balayevdən gedir. 

Hər iki oyunçuya yeni müqavilə təklif ediləcək. Artıq onlarla sözlü razılıq əldə olunub. Məşqçilər heyəti də futbolçulardan razıdır. 

Yayda müqaviləsi başa çatacaq oyunçular önümüzdəki illərdə də “Neftçi”də çıxış edəcəklər. Onlar digər təkliflərlə maraqlanmır.

Balayevlə Mahmudov “ağ-qaralar”ın təklifini münasib hesab edir.

Seçilən
75
idmanxeber.az

1Mənbələr