AZ

Süni intellekt bu 3 peşəni əvəz edə bilməyəcək Bill Qeytsin proqnozu

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Dünyanın 7 ən zəngin adamlarından olan amerikalı iş adamı Bill Qeyts süni intellekt dövründən “sağ çıxacaq” üç peşənin adını çəkib.Bizim.Media xarici mətbuata istinadən bildirir ki, B.Qeytsin qənaətinə görə, 10 ildən sonra süni intellekt əksər peşələri əvəz edəcək, lakin aşağıdakılar qalacaq:Proqramçılar – onlar neyron şəbəkələrinin saxlanılması və təkmilləşdirilməsi üçün vacibdirlər.Enerji mühəndisləri – insan təcrübəsi strateji qərarlar və böhranların idarə olunması üçün vacibdir.Alimlər (xüsusilə bioloqlar) – elmi kəşflərdə yaradıcılıq və intuisiya hələ süni intellekt üçün əlçatan deyil.Qeyd edək ki, 1995–2017-ci illər arasında on səkkiz dəfə dünyanın ən varlı adamı adını daşımış, sərvəti 1999-cu ildə yüz milyard dolları aşaraq, tarixdə ilk sentimilyarder adını qazanmış B.Qeyts hazırda "Forbes" jurnalının milyarderlər siyahısında yeddinci pillədə qərarlaşır.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
bizim.media

3Mənbələr