AZ

Yol polisi hərəkət iştirakçılarına müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günləri ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.

İdarə qeyri-iş günlərində respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat axınının artacağını bildirib və sürücüləri təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.

Qurumun məlumatına görə, xüsusilə turizm və istirahət bölgələrinə gedən yollarda nəzarət tədbirləri gücləndiriləcək.

İdarə sürücülərə sürəti yol və hava şəraitinə uyğun seçməyi, yorğun və ya səhhətində problem olan halda avtomobil idarə etməməyi tövsiyə edib.

BDYPİ həmçinin təhlükəsiz ara məsafəsinin saxlanılması, riskli ötmələrdən yayınma, yol nişanları və nizamlanma vasitələrinin tələblərinə əməl olunması, eləcə də səfərdən əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılmasının vacibliyini vurğulayıb.

Seçilən
1
1
anews.az

2Mənbələr