AZ

Moskvada Qələbə Günü Paradı başlayıb –Putin çıxış edib

Moskvada Qələbə Günü Paradı başlayıb.

Azpost.info bildirir ki, bu il təhlükəsizlik tədbirlərinə görə tədbirdə yalnız piyada dəstələri iştirak edir. Hərbi texnika olmayacaq.

Parad təxminən 50 dəqiqə davam edəcək. Federal televiziya kanalları onun yayımı üçün bu qədər vaxt ayırıblar.

Tribunalarda Vladimir Putin, Aleksandr Lukaşenko, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev durub.

Putin qısa çıxış edib. İkinci dünya müharibəsinin nəticələrini xatırladıb, Ukrayna savaşında son məqsədin əldə olunacağını vəd edib.

AzPost.az

Seçilən
85
azpost.info

1Mənbələr