Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Səudiyyə Ərəbistanı ABŞ ilə İran arasında gərginliyi azaltmaq niyyətindədir.
“Cebheinfo.az” “Əl-Ərəbiyyə”-yə istinadən xəbər verir ki, Fars körfəzində genişmiqyaslı hərbi qarşıdurmalardan sonra Səudiyyə Ərəbistanı gərginliyi azaltmaq və münaqişəyə son qoymaq üçün hər iki tərəf ilə intensiv diplomatik təmaslar aparır.
Məlumata görə, Ər-Riyad münaqişənin daha da genişlənməsinin qarşısını almağa və bölgədə sabitliyi bərqərar etməyə çalışır.
Bildirilir ki, Səudiyyə Ərəbistanı regional ölkələr və beynəlxalq tərəflərlə daimi əlaqə saxlayaraq siyasi-diplomatik həll yolunun gücləndirilməsi üzərində işləyir.
Bu diplomatik aktivlik Vaşinqton və Tehranın müharibəyə son qoyacaq ilkin razılaşmaya yaxınlaşdığı barədə xəbərlərlə eyni vaxta təsadüf edib.
Daha əvvəl Pakistan, Səudiyyə Ərəbistanı və digər bir sıra ölkələrin tərəflər arasında vasitəçilik etməyə çalışdığı bildirilmişdi.
Yunis Abdullayev
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.