AZ

“Hörmüz boğazının bağlanması ali rəhbərin istəyidir” ​İran rəsmisi

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

İranın “Şəryan Cəbhəsi”nin baş katibi və parlamentin 12-ci çağırışının üzvü Əbülqasin Cərarə Hörmüz boğazı ətrafında artan müzakirələrə münasibət bildirib.

“Didban-e Iran” saytına müsahibəsində Cərarə deyib ki, İranın mövqeyi dəyişməyib və bu strateji keçid əvvəlki qaydada idarə olunmayacaq:“Düşmənlərə və düşmənin yoldaşlarına mesajımız budur ki, Hörmüz boğazı keçmişdəki kimi açılmayacaq və bu strateji keçidin idarə olunması xalqın və ali rəhbər Müctəba Xameneyinin istəyidir”.

O, iddia edib ki, Müctəba Xameneyinin mesajında boğazın “yeni metod və idarəetmə modeli” ilə idarə olunmasının vacibliyi vurğulanıb. Cərarənin sözlərinə görə, ABŞ Hörmüz boğazını İranın nəzarətindən çıxarmağa və bunu danışıqlarda şərtə çevirməyə çalışır.

O əlavə edib ki, İran artıq ABŞ ilə danışıqlar aparmayacaq və qarşı tərəf atdığı addımlara görə “bədəl ödəməlidir.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
azpolitika.info

1Mənbələr