İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər.
Ajans.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanİlham Əliyevvə birinci xanımMehriban Əliyevaiki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarət ediblər. Dövlətimizin başçısı və birinci xanım Həzi Aslanovun abidəsinin önünə gül dəstələri qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsinə ehtiramlarını bildiriblər.