AZ

Paşinyanın müavini: Azərbaycanla sərhədlərin delimitasiyası üzrə üç sənəd layihəsi razılaşdırılıb

Son görüşdə komissiyalar tərəfindən gələcək iş üçün vacib olan üç sənəd layihəsi razılaşdırılıb.

Bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Ermənistan və Azərbaycanın delimitasiya məsələləri üzrə müvafiq komissiyalarının işindən danışarkən bildirib.

Onun sözlərinə görə, sənəd layihələri proseduru təsvir edirlər, təbiətcə daha çox texniki xarakterlidir: “Lakin buna baxmayaraq, sənəd layihələri vacibdir, çünki biz onlara uyğun olaraq hərəkət etməyə davam etməliyik. Bu sənədlər hər iki ölkədə müvafiq olaraq daxili prosedurlar vasitəsilə təsdiqlənməlidir”.

MənbəAPA
Seçilən
1
6
banker.az

8Mənbələr