AZ

Ana evdə siqaret çəkən oğlunu məhkəməyə verdi

ain.az, Lent az saytına istinadən bildirir.

İstanbulun Çekmeköy rayonunda yaşayan Ş.T. oğlu M.C.T.-nin evdə tez-tez qalmaqal yaratması və siqaret çəkməsi səbəbindən narahat olduğunu bildirərək məhkəməyə müraciət edib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Anadolu Ailə Məhkəməsi gəncin evdə siqaret çəkməməsi və 1 ay müddətində anasına qarşı pis söz işlətməməsi barədə qərar verib.

Məhkəmə həmçinin qərar verib ki, M.C.T. tətbiq olunan tədbir müddətində, eyvanda da siqaret çəkə bilməz. Əks halda, M.C.T. 3 gündən 10 günə qədər həbs oluna bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
1
lent.az

2Mənbələr