AZ

Azərbaycanlı paraüzgüçü Berlində bürünc medal qazandı

BAKI, 9 may. TELEQRAF

Almaniyanın paytaxtı Berlində paraüzgüçülük üzrə Dünya Seriyasının növbəti mərhələsi keçirilir.

Teleqraf xəbər verir ki, Azərbaycan təmsilçisi Əli Vəliyev yarışda uğurlu çıxışı ilə yadda qalıb.

Yeniyetmə paralimpiyaçımız S10 kateqoriyasında 100 metr məsafəyə “butterfly” - kəpənək üsulu ilə üzmə yarışında 1:03.42 nəticə göstərib.

Bu göstərici ilə Əli Vəliyev gənclər arasında bürünc medal qazanıb.

Seçilən
32
11
teleqraf.com

10Mənbələr