AZ

Moskva Zelenskidən konkret addım gözləyir

Kreml Ukraynanın Donbas bölgəsindəki qüvvələrini geri çəkmədiyi müddətdə Rusiya, Ukrayna və ABŞ arasında davam edən üçtərəfli danışıqlar prosesini “zaman itkisi” kimi qiymətləndirib.

"Cebheinfo.az" xəbər verir ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov üçtərəfli görüşlərin yenidən başlanması ehtimalı ilə bağlı açıqlama verib:

“Hər kəs, xüsusilə ukraynalı danışıqlarçılar da yaxşı bilir ki, Kiyevin hazırda atmalı olduğu yalnız bir ciddi addım var. Bu addımdan sonra birincisi hərbi fəaliyyətlər dayanma nöqtəsinə gələcək, ikincisi isə uzunmüddətli həll üçün ciddi danışıqların yolu açılacaq”.

Kreml rəsmisi hazırkı mərhələdə tərəflərin bir-birini inandırmağa çalışmasının böyük ölçüdə mənasız olduğunu vurğulayıb.“Hamı vəziyyəti anlayır. Buna görə də hazırda bir-birimizi inandırmağa çalışmaq böyük ölçüdə zaman itkisidir. Bu addım Kiyevdən, xüsusilə də Zelenskidən gözlənilir”, – deyə Uşakov qeyd edib.

Uşakovun açıqlamaları Rusiyanın uzunmüddətli atəşkəs üçün əsas şərt kimi Ukrayna Silahlı Qüvvələrinin “Donetsk Xalq Respublikası”nın ərazilərindən çıxmasını irəli sürdüyü kimi qiymətləndirilir.Kreml daha əvvəl də bu şərti “qalıcı sülhün açarı” adlandırmışdı.

Ukrayna Prezidenti Volodimir Zelenski isə daha əvvəlki açıqlamalarında Rusiyanın Donbasdan qoşunların çıxarılması tələbinin ABŞ tərəfindən də dəstəklənməsindən narazılıq etdiyini bildirmişdi. Bu vəziyyət Kiyev hakimiyyətinin beynəlxalq təzyiqləri daha çox hiss etdiyi bir dövrə təsadüf edir.

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr