AZ

Əməkdar artist üsyan etdi: "İndi blogerləri filmə çəkirlər, biz qalmışıq kənarda"  

Əməkdar artist, aktrisa Sevinc Əliyeva son dövrlərdə film və seriallarda qeyri-peşəkar şəxslərə üstünlük verilməsindən şikayətlənib.

Musavat.com xəbər verir ki, aktrisa “Gün ortası” verilişində bu məsələyə sərt münasibət bildirib. O, aktyorluq təhsili almayan, sənətin məktəbini keçməyən şəxslərin film və seriallara dəvət olunmasının artıq adi hala çevrildiyini deyib:

“Aktyorluq sənətini, universitetini bitirməyən qeyri-peşəkarları filmlərə, seriallara dəvət edir, çəkirlər. Belə davam edərsə, düşünürəm ki, gələcəkdə teatrlara da qeyri-peşəkarları dəvət edib səhnəyə çıxaracaqlar. Bir az sosial şəbəkələrdə, xüsusilə də “Instagram” və digər platformalarda məşhurlaşan kimi sənətkarlar bir kənarda qalır, həmin blogerləri film və seriallara çağırırlar. Axı bu insanlar məktəb görməyib, peşənin içindən keçməyiblər. Tamaşaçılar da nə etsin? Qəbul etsələr də, etməsələr də artıq vəziyyət budur”.

Veriliş zamanı əməkdar artistə “Bu gün yenidən gənc olsaydınız, yenə aktrisa peşəsini seçərdinizmi?” sualına aktrisa belə cavab verib:

“Heç vaxt, heç vaxt! Çünki bu o qədər ağır, çətin və keşməkeşli sənətdir ki, istəməzdim. Həyatımı daha rahat və gözəl yaşamaq istəyərdim”.

Xalidə
Musavat.com

Seçilən
70
musavat.com

1Mənbələr