AZ

Bakıda şəhərsalma həftəsi təşkil olunacaq

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ərəfəsində paytaxtda “Bakı şəhərsalma həftəsi” keçiriləcək. Bakı şəhərinin müxtəlif məkanlarında silsilə tədbirlərin təşkili nəzərdə tutulur.

Əməliyyat Şirkətindən verilən məlumata görə, tədbir dövlət qurumlarını, şəhərsalma mütəxəssislərini, akademik dairələri, mədəniyyət nümayəndələrini və gəncləri bir araya gətirəcək. Həftə çərçivəsində konfranslar, panel müzakirələri, innovasiya proqramları, tematik marşrutlar və incəsənət tədbirləri təşkil olunacaq.

Bildirilib ki, layihənin məqsədi qlobal şəhərsalma müzakirələrinin Bakının unikal şəhər mühiti ilə əlaqələndirilməsi və ictimai iştirakçılığın təşviqidir. Tədbirlər tarixi məkanlar, mədəni irs nümunələri və müasir şəhərsalma həllərinin tətbiq olunduğu əraziləri əhatə edəcək.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan

Seçilən
15
azerbaijan-news.az

1Mənbələr