Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.
Ceyhun Musaoğlu
Səni yoxa çıxaracaq nöqtəyə çatmaq üçün niyə tələsəsən axı?
Əslində insan yorula bilir və yorulmalıdır. Doğmalar da yaddaşının hər nöqtəsində yad olur. Psixoloji məqamda enerjinin paylanması qanununa tam zidd yaşayırıq.
Adamı qanuna zidd yaşamaq yorur. Bunun adı tərsinə yaşamaqdır.
İnsan özünü, beynini idarə edəndir. Beyin deyir: “Getmirəm”. Axı bu, həm də kimyadır. Fizika kvant fizikasına uduzur, amma unutmayaq ki, kimya insan orqanizminin əsas qidasıdır.
Yaşamaq çətin deyil, əksinə, gözəldir. Yaşamaqdan gözəli yoxdur. Fövqündə olan nöqtəni həmişə nəzərə alaq. Ora var və bəzən o nöqtədən hər şey daha aydın görünür.
Hər halda yuxarının havası aşağıdakından gözəl olar. Dilimizdə ironiya məzmunlu bir ifadə var: “Dincəl də…” Əslində bu, heç də ironiyasız bir tövsiyədir. Sakit yaşamaq, tıxacıxmamaq, gileylənməmək, mühakimə etməmək elə dincəlməkdir.
Həyat insana verilən son və müddətli şansdır. Belə olan halda hara tələsirik axı? Zövq almaq imkanı kainatın ən böyük mükafatıdır. Ölüm həmişə tez gəldiyi kimi, qərarlar da həmişə tez verilir.
Tələsmə, asta-asta yaşa. Gedəcəyimiz, varacağımız bir hədəf var. O hədəfə çatmaq üçün niyə tələsək? Bizi yoxa çıxaracaq nöqtəyə niyə tez çataq?..
Dincələ-dincələ yaşayaq. Dincəlmək səbrə qapılmaqdır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.