AZ

Oynayacağı növbəti klubu həyat yoldaşı seçəcək

Kazemiro həyat yoldaşına növbəti klubunu seçmək hüququ verib.

Publika.az xəbər verir ki, bu barədə “The Sun” qəzetinin jurnalisti Sem Lakherst məlumat yayıb.

Mənbə bildirir ki, braziliyalı “Real Madrid” və “Mançester Yunayted”də oynadığı illər ərzində sonsuz dəstəyinə görə həyat yoldaşına təşəkkür etmək istəyir.

Jurnalist həmçinin qeyd edir ki, Kazemiro ailəsi müntəzəm olaraq tətillərini Floridada keçirir və Devid Bekhemin oyunçunu “İnter Mayami”yə transfer etmək üçün yaxşı şansı olduğuna işarə edir.

Seçilən
71
publika.az

1Mənbələr