Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla diplomatik münasibətlər qurmaq qərarına gəlib”.
Teleqraf xəbər verir ki, bunu erməni türkoloq Ruben Safrastyan deyib.
Ermənistan-Türkiyə münasibətlərindən danışarkən o, Ankaranın İrəvanla bağlı ritorikasının dəyişdiyini qeyd edib.
“Türkiyə Ermənistanın dünya ilə əlaqə qurması üçün vacibdir, Ankaranın özünün də regionda bir sıra maraqları var. Hesab edirəm ki, Ərdoğan Ermənistanla diplomatik münasibətlər qurmaq qərarına gəlib”, - Safrastyan əlavə edib.
Həmçinin o, Türkiyənin Ermənistan məsələsində Azərbaycanla koordinasiyalı şəkildə hərəkət etdiyini vurğulayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.