"Tottenhem"in və İspaniya millisinin sağ cinah müdafiəçisi Pedro Porro ölkəsinə qayıtmaqda qərarlıdır.
Fanat.Az "Gol Digital"a istinadən xəbər verir ki, onun xidmətində "Real Madrid" və "Barselona" maraqlıdır.
Məlumata görə, London klubu müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan arxa xətt oyunçusunu azı 69 milyon avroya satmaq niyyətindədir.
Cari mövsüm "Tottenhem"in heyətində bütün turnirlərdə 44 matça çıxan 26 yaşlı Porro 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 40 milyon avro ilə dəyərləndirir.
Toğrul