AZ

Ohanyan Azərbaycanı hədələdi: Döyüş qabaqdadır

Ağır itkilərə baxmayaraq, erməni xalqı ayağa qalxa və irəliləməyə davam edə bilər.

Turkustan.az xəbər verir ki, bunu “Ermənistan” parlament fraksiyasının lideri və keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.

Ohanyan İkinci Dünya Müharibəsinin bitməsinin ildönümü ilə bağlı tədbirdə çıxış edərkən Azərbaycanı müharibə ilə hədələyib.

“1992-ci ildə müasirlərimiz İkinci Dünya Müharibəsindəki qələbəni üçqat bayrama çevirdilər, lakin hazırkı səriştəsiz Ermənistan hakimiyyətinin əli ilə bu qələbə yenidən tək bir xatirə tarixinə endirildi. Düşmən Ermənistan sərhədlərinə çatdı, amma döyüş qabaqdadır, çünki erməni xalqı döyüş ruhunu qoruyub saxladığını və ayağa qalxıb irəliləyə biləcəyini sübut etdi”, - deyə Ohanyan bildirib.

Görünən odur ki, erməni revanşistlər sülhün qarşısını almaq üçün hər cür təxribata hazırdırlar. Ermənistan hakimiyyəti həqiqətən də sülh istəyirsə, belələri zərərsziləşdirilməlidir. Yox, Ermənistan hakimiyyəti bunu bacarmayacaqsa, onda bu missiyanı Azərbaycan öz üzərinə götürməli olacaq./publika.az

Seçilən
4
3
turkustan.az

4Mənbələr