AZ

Fitsonun sülh təklifinə Putin nə deyəcək?

ain.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Moskvaya Qələbə paradında iştirak üçün gələn Slovakiya baş naziri Robert Fitso eyni zamanda, Rusiya Prezidenti Vladimir Putinə Ukrayna Prezidenti Volodimir Zelenskinin mesajını da çatdırmalıdır.

Bakupost.az xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib.

Fitsonun özü isə qeyd edib ki, Prezident Putinə çatdırmaq istədiyi əsas mesaj, əsas söz dialoqdur.

Politoloq Taleh Əliyev Bakupost.az-a bildirib ki, Zelenskinin başqa daha vacib kanalları qoyub, məhz Fitso vasitəsilə Putinə hansısa bir mesajı çatdıracağını inandırıcı hesab etmir:

“Rusiya ilə Ukrayna arasında sülh prosesinin başlanması üçün ABŞ, Avropa dövlətləri, istərsə də Türkiyə kimi daha nüfuzlu ölkələr zaman-zaman vasitəçilik təşəbbüslərilə çıxış ediblər. Amma döyüşən tərəflərin sülhə baxışı bir-birinə tamamilə zidd olduğundan Rusiya sülh deyərkən işğal etdiyi əraziləri özünə birləşdirməyi, Ukrayna ilə 1991-ci ildə təsdiqlənmiş sərhədlərinin tam bərpasını nəzərdə tutur”.

Ekspert Slovakiya baş nazirinin sülh danışıqlarına əlahiddə töhfə verəcəyini düşünmür:

“Sadəcə olaraq, belə açıqlama ilə Slovakiya baş naziri özünü həm Rusiya, həm də Ukraynaya münasibətdə xoşniyyətli siyasətçi kimi təqdim etmək istəyir. Fitsonun dedikləri xoş arzu və istəklərdən başqa bir şey deyil”.

Həmsöhbətimiz Fitsonun Kiyevdən gətirdiyi mesajların Moskva tərəfindən ciddiyə alınacağı və bu istiqamətdə yeni müzakirələrə başlanılacağını da real hesab etmir:

“Slovakiyanın bu prosesdə aktiv rol oynayacağı inandırıcı görünmür. Bu əsasda Fitsonun Zelenskinin adından Putinə əlahiddə bir mesaj verəcəyi inandırıcı görünmür. Slovakiyanın indiyə qədər vasitəçi statusunda olmayıb və onun hər iki ölkə üzərində təsir rıçaqları yoxdur. Buna görə də düşünmürəm ki, Zelenski başqa kanallar vasitəsilə çatdırmadığı mühüm bir mesajı Fitso vasitəsilə Putinə çatdırsın. Bu sadəcə bir arzudur və ortada olan ümumi fikirlərin ümumiləşdirilmiş formada təqdimatından başqa bir şey deyil”.

Rüfət Sultan, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
www.bakupost.az

1Mənbələr