AZ

ABŞ-də 8 may xüsusi gün elan edildi

ABŞ Prezidenti Donald Tramp mayın 8-ni ölkədə İkinci Dünya Müharibəsində Avropada qələbə günü kimi elan edib. Bu barədə məlumat Ağ Evin yaydığı rəsmi bəyanatda yer alıb.

News365.az xəbər verir ki, sənəddə qeyd olunub ki, 1945-ci ilin 8 may tarixi nasist Almaniyasının məğlubiyyəti və azadlıq uğrunda mübarizədə dönüş nöqtəsi kimi yadda qalıb. Tramp ABŞ ordusunun müharibədəki rolunu xüsusi vurğulayaraq, yüz minlərlə amerikalının həyatını itirdiyini xatırladıb.

ABŞ lideri daha əvvəl də çıxışlarında İkinci Dünya Müharibəsində əsas qələbənin ABŞ sayəsində əldə olunduğunu bildirmişdi. O, həmçinin ölkəsində bu tarixin digər dövlətlərdə olduğu qədər geniş qeyd olunmamasından narazılığını ifadə edib.

Seçilən
5
2
news365.az

3Mənbələr