AZ

Rubio Avropa ölkələrini İrana qarşı birgə tədbirlər görməyə çağırıb

Avropa ölkələri İranın nüvə proqramına qarşı birgə tədbirlər görməlidir.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio İtaliyanın Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşdən sonra Romada jurnalistlərə açıqlamasında deyib.

“Hamı deyir ki, İran təhlükədir və nüvə silahı əldə etməməlidir. Amma bununla bağlı konkret addımlar atılmalıdır”, - deyə Rubio bildirib.

Onun sözlərinə görə, əgər cavab “xeyr”dirsə, onda mövqeyi dəstəkləmək üçün yalnız sərt bəyanatlar kifayət etmir və Avropa İrana qarşı tədbirlər görməlidir.

Rubio əlavə edib ki, Tehran Hörmüz boğazı üzərində nəzarəti ələ keçirməyə çalışır və onun bu addımı qəbuledilməzdir.

Seçilən
1
3
yeniazerbaycan.com

4Mənbələr