Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Müğənni Qumral Musayeva açıqlamaları ilə sosial şəbəkələrdə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi müğənnilərə qarşı münasibətin onların öz davranışlarından qaynaqlandığını bildirib:
"Müğənnilər onlara olan münasibətə görə özləri məsuliyyət daşıyır. Özləri bu vəziyyətə çıxarıblar. Hamı bir-birini tanıyır. Amma mən gəldikdə namusdan, qeyrətdən danışa bilərəm. Yanımda həyat yoldaşım var, hara gedirəmsə onunla gedirəm".
Qumral Musayeva xaricdən aldığı bəzi təklifləri də qəbul etmədiyini deyib:
"Moskvadan, Gürcüstandan gələn təklifləri geri çevirirəm. Harada ki, 'tək gəl' deyirlər, mən o yerlərə getmirəm".
Müğənni onun haqqında deyilən fikirlərə də münasibət bildirib:
"Mənə 'səni çağırmırlar' deyənlərə cavab olaraq deyim ki, mənim nəyim əskikdir ki? Görünüşüm də, geyimim də, hər şeyim uyğundur. Mən də istəsəm hamıdan gözəl geyinib elə səhnələr paylaşaram".
Sənətçinin bu fikirləri sosial mediada müzakirələrə səbəb olub. Bəzi istifadəçilər onun ailə dəyərlərinə önəm verməsini dəstəkləyiblər.
Musa
Milli.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.