ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.
“Mixeil Saakaşvilinin həbsdən azad edilməsi, Ukraynaya qayıtması və ya üçüncü ölkəyə getməsi Gürcüstanın suveren dövlət kimi nüfuzu üçün vacibdir”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Administrasiyası rəhbərinin müşaviri Mixail Podolyak deyib.
PA rəsmisi Gürcüstanın sabiq prezidentinin həm də Ukrayna Ukrayna vətəndaşı olduğunu və vaxtilə burda mühüm dövlət vəzifəsi tutduğunu xatırladıb:
“Hələ də həbsdə olan Ukrayna vətəndaşını unutmamalıyıq. Cənab Saakaşvilidən danışıram. Bütün mövzuları diqqətlə nəzərdən keçirməliyik. İnformasiya sahəsində müəyyən gərginlik var, Gürcüstan tərəfinin bir sıra bəyanatlarını nəzərdə tuturam. Bunun səbəblərini başa düşürəm, amma dialoq üçün fürsət tapmaq və qarşılıqlı hörmət atmosferi arzuolunandır”.
Podolyak vurğulayıb ki, humanitar motivlər və tarixi perspektivə əsaslanaraq, Kiyev Mixeil Saakaşvilinin Ukraynaya qayıtmasını və ya başqa həll yolu tapılmasını istəyir.
Ukrayna rəsmisi Saakaşvilinin həbsinin arxasında Rusiya Prezidenti Vladimir Putinin dayandığını vurğulayıb.
“Gürcüstanın suveren dövlət kimi nüfuzu üçün Saakaşvilinin cəzaçəkmə müəssisəsindən çıxması, Ukraynaya qayıtması və ya üçüncü ölkəyə köçməsi vacibdir”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.