AZ

Almaniyanı bürüyən etiraz dalğası: Nə baş verir?

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Almaniyada on minlərlə tələbə məcburi hərbi xidmətin yenidən tətbiq olunmasına qarşı ölkə üzrə etiraz aksiyaları keçirib.

"Cebheinfo.az" xəbər verir ki, ölkənin bir çox şəhərində “Məcburi hərbi xidmətə qarşı məktəb tətili” çağırışı ilə aksiyalar təşkil olunub.

Etirazlar çərçivəsində on minlərlə tələbə dərslərdə iştirak etməyərək küçələrə çıxıb. Aksiyalarda gənclərin hərbi xidmətə cəlb olunmasına yönəlmiş siyasətin dəyişdirilməsi tələb edilib.

Paytaxt Berlində təxminən 5 min nəfər Brandenburg qapısından başlayaraq Xristian Demokrat Birliyi (CDU) partiyasının baş qərargahına qədər yürüş edib.

“Bombalar əvəzinə təhsil” və “Cəbhə əvəzinə Berlin” yazılmış plakatlar daşıyan etirazçılar Almaniya kansleri Friedriç Merts və hökumətin müdafiə siyasətini tənqid ediblər.

Digər şəhərlərdə keçirilən aksiyalarda isə “Bir daha əsla məcburi hərbi xidmət yox” və “Mübarizə aparan gənclik” şüarları səsləndirilib.

Mart ayının əvvəlində təxminən 150 şəhərdə keçirilən oxşar etiraz aksiyalarına 50 minə yaxın gənc qatılmışdı.

Almaniyada yanvarın 1-dən qüvvəyə minən yeni hərbi xidmət qanununa əsasən, 2008-ci ildən sonra doğulan kişilər üçün məcburi hərbi qeydiyyat nəzərdə tutulur.

Dəyişikliklə orduda könüllü şəxsi heyətin sayının artırılması hədəflənir. Lakin planlaşdırılan rəqəmlərə nail olunmadığı halda, Federal Məclisin məcburi hərbi xidməti yenidən tətbiq edə biləcəyi bildirilir.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
1
cebheinfo.az

2Mənbələr