AZ

Gürcü portalında Ulu Öndər barədə məqalə yayımlanıb

Yazını böyüt
Yazını kiçilt

Gürcüstanın Acarıstan Muxtar Respublikası ərazisində yayımlanan ajaratimes.ge portalında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş "Böyük Liderin həyat yolu – Azərbaycanın müasir tarixinin canlı salnaməsi" sərlövhəli məqalə dərc olunub.

Hafta.az xəbər verir ki, Azərbaycanın Batumidəki baş konsulluğunun təşəbbüsü ilə dərc olunan məqalədə Ulu Öndərin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilir.

Bildirilir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının müasir tarixində xüsusi yer tutan, dövlətçilik ənənələrinin bərpası və möhkəmləndirilməsi işinə əvəzsiz töhfələr vermiş böyük siyasi və dövlət xadimidir. Dahi şəxsiyyət Heydər Əliyevin həyatı və fəaliyyəti Azərbaycan dövlətçiliyinin təşəkkülü və möhkəmlənməsi tarixinin ayrılmaz hissəsidir. Onun həyata keçirdiyi siyasət, qəbul etdiyi strateji qərarlar və yaratdığı idarəetmə modeli bu gün də Azərbaycanın inkişafının əsas istiqamətləri olaraq qalır.

Seçilən
0
5
hafta.az

6Mənbələr